Binəqədidə 2 yaşlı körpə hündür mərtəbədən yıxılaraq ağır xəsarət alıb

0
51
tecili-yardim

Bakıda körpə ağır xəsarət alıb.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 2019-cu il təvəllüdlü Əliyev Adil Tərlan oğlu ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Əvvəlki məqaləİlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin heykəlinin açılışında iştirak ediblər
Növbəti məqalədə“Qarabağ kimi, Şərqi Zəngəzur da bizləri gözləyir!”