Təcili tibbi yardım üçün həkimlər axtarılır

0
127
tecili yardim

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları işçi axtarır.

Bineqedi.info saytı xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

İşə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə r.maharramova@health.gov.az elektron ünvanına müraciət etməlidirlər.

İşçilərdən ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır), şəxsiyyət vəsiqəsi, diplom, internatura vəsiqəsi, sertifikat və əmək kitabçası tələb olunur.

Əvvəlki məqaləBinəqədi rayonunda avtomobil oğurlayan şəxs tutulub
Növbəti məqalədəBaş Prokurorluq Binəqədidə ağacların kəsilməsi ilə bağlı cinayət işi qaldırdı