Binəqədi rayonunda minik avtomobili yük maşınına çırpılıb

0
67
qeza-tecili-yardim-bicaqlanma-kriminal

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Bəhruz Bağırov idarə etdiyi “Daewoo Centra” markalı avtomobili qarşıda gedən Şamaxı rayon sakini H.Bağırovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub.
Bineqedi.info saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində B.Bağırov xəsarətlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə “Mənim yay tətilim” mövzusunda onlayn inşa yazı müsabiqəsinin nəticələri açıqlanıb
Növbəti məqalədəBinəqədidə Şəhidin xatirəsinə inşa olunmuş bulağın açılış mərasimi keçirilib – FOTO