Sentyabrın 4-də Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini E.Nəbizadənin 50 manat məbləğində pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Nəcəfov rayon polis idarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Bineqedi.info saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırmalar davam edir.
Ev Manşet