Sentyabr ayının 20-dən Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək.
Bineqedi.info xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, yay mövsümünün başa çatması ilə əlaqədardır:
“Pik vaxtlarda qatarlar arasında “Həzi Aslanov – 28 May” sahəsində interval texniki cəhətdən mümkün həddə – 2 dəqiqəyə qədər azaldılacaq. Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında kəsişdiyindən, pik vaxtlarda qatarların intervalı “İçərişəhər” və “Dərnəgül” stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək.
Onu da əlavə edək ki, Bakı metropolitenində, ənənə üzrə, pik hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir”.
O qeyd edib ki, zərurət yarandıqda ehtiyat qatarlar xəttə buraxılacaq.