Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov “Müasir gənclik –Yeni Hədəflər” mövzusunda fəal gənclərlə görüş keçirtmişdir.
Bineqedi.info-ya verilən məlumata görə, tədbirin girişində Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi .
Giriş nitqi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının fəal gənci Anar Əliyev rayon təşkilatında fəaliyyət göstərən gənclər, eləcə də görülən işlər, keçirilən tədbirlər haqqında məzuzə ilə çıxış etdi. Anar Əliyev bildirdi ki, bu gün ölkəmizin bütün regionlarında olduğu kimi, Binəqədi rayonununda da gənclər siyasəti uğurla davam etdirilir. Binəqədi Gəncləri Vətənin tərəqqisi naminə dövlət başçısının daxili və xarici siyasətinə tam dəstək verir, qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər. Rayon rəhbərliyi gənclərin ictimai-siyasi, sosial-iqtisadi sahələrdə fəallıq göstərmələri üçün onlara daim diqqət və qayğı göstərir. Rayonumuzda yaxşı oxumaq, işləmək, uğurlarını artırmaq üçün hər cür şərait yaradılıb. Binəqədili gənclər də qayğıya cavab olaraq uğurlarını ilbəil artırırlar.
Daha sonra YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ölkəmizdə gənclərin rolundan, onların ictimai aktivliyindən bəhs edərək bildirdi ki, bu gün Prezident cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu getdikcə artmaqdadır. Yeni Azərbaycan Partiyası cəmiyyətdə aparıcı siyasi qüvvə olmaqla yanaşı partiya gənclərinin davamlı inkişafında müstəsna rol oynayır, gənclərə vətənpərvərlik hisslərinin aşılanması, onlarda milli-mənəvi dəyərlərə hörmət hislərinin formalaşması və inkişafındakı rolu misilsizdir. Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub. Rayonumuzda partiya gənclərinin müxtəlif dövlət vəzifələrində geniş təmsilinin dövlət səviyyəsində gənclərə göstərilən inam və etimadın nümunəsidir.
Sonda fəal gənclər ictimai aktivlik, sosial şəbəkələrdə fəallıqla bağlı təkliflərlə çıxış etdilər. Gənclərlə fikir mübadiləsi aparıldı. Partiyaya yeni üzv olmuş gənclərə üzvlük vəsiqəsi təqdim olundu.
Bineqedi.info