Binəqədi rayon 244 nömrəli tam orta məktəbdə yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib – FOTOLAR, VİDEO

0
19730
bineqedi-244-nomreli-mekteb-dyp-tedbir.png

Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası və yol hərəkəti qaydalarının öyrənilməsi məqsədilə Binəqədi rayon 244 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.

Bineqedi.com saytı xəbər verir ki, tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

bineqedi-244-nomreli-mekteb-dyp-tedbir1.png

Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təşkilinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin əməkdaşı Pərvanə Muradova qeyd edib ki, sözügedən Dövlət Proqramının əsas məqsədi yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının azaldılması, insanların bu sahədə maarifləndirilməsidir.

bineqedi-244-nomreli-mekteb-dyp-tedbir4.png

Vurğulanıb ki, belə tədbirlər piyadaların və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəldir, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırır, uşaq və yeniyetmələrin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılığını artırır.

bineqedi-244-nomreli-mekteb-dyp-tedbir3

Qeyd olunub ki, uşaq və yeniyetmələrin yol hərəkəti təhlükəsizliyi qaydaları haqqında maarifləndirilməsi baxımından belə tədbirlər böyük əhəmiyyət daşıyır.

Çıxış edənlər vurğulayıblar ki, məktəblərdə yol hərəkəti qaydalarının öyrədilməsi və məktəbdənkənar pedaqoji tədbirlərin müntəzəm keçirilməsi uşaqların küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin azalmasına kömək edə bilər.

bineqedi-244-nomreli-mekteb-dyp-tedbir5

Uşaqların bu sahədə mütəmadi maarifləndirilməsi yalnız ailənin deyil, məktəblərin, digər təşkilatların və bütün ictimaiyyətin diqqət mərkəzində olmalıdır.

Məktəblilər piyadaların yol hərəkəti qaydalarını ətraflı öyrənməli, küçədə, nəqliyyat vasitələrinin hərəkəti zamanı intizama ciddi əməl etməlidirlər.

bineqedi-244-nomreli-mekteb-dyp-tedbir6

Tədbir zamanı məktəblilər tərəfindən yol hərəkəti qaydalarından bəhs edən səhnəciklər nümayiş etdirilib, aktiv iştirak edən şagirdlərə “Təşəkkürnamə” təqdim olunub.

bineqedi-244-nomreli-mekteb-dyp-tedbir11.png

Sonda valideynlər uşaqların belə bir tədbirə hazırlanmalarının əziyyətini çəkən təşkilatçı Aybəniz Ağayeva müəlliməyə təşəkkürlərini bildiriblər.

bineqedi-244-nomreli-mekteb-dyp-tedbir2.png

Bineqedi.com

bineqedi-244-nomreli-mekteb-dyp-tedbir8

bineqedi-244-nomreli-mekteb-dyp-tedbir7

Əvvəlki məqaləBakıda bütün köhnə binalar söküləcək
Növbəti məqalədəBinəqədi rayonunda iftar süfrəsi təşkil olunub – FOTOLAR