YAP Binəqədi rayon təşkilatında vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası keçirilib

0
122
Azərbaycan Respublikasının Milli Məclisinin təşəbbüsü, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının hüquqi dəstəyi və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Binəqədi rayon təşkilatının inzibati binasında vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası keçirilib.
Bineqedi.info görüş zamanı çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova tədbir iştirakçılarını salamlayaraq, əvvəlcə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar və onların uğurlu nəticələri barədə məlumat verib. Sevinc Süleymanova daha sonra Azərbaycan dövlətinin hər bir vətəndaşının hüquq və azadlıqlarının müdafiəsinin təminatçısı olduğunu və vətəndaşlar üçün keçirilən bu ödənişsiz hüquqi yardım aksiyasının vətəndaşların müraciətlərinin vaxtında və tez bir zamanda həll edilməsi üçün böyük bir səy olduğunu vurğulayıb.
Bir 8 kişi ve ayakta duran insanlar görseli olabilir
Tədbirdə çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri – Azay Quliyev, Kəmaləddin Qafarov və Səbinə Xasayeva, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasının həyatın bütün sahələrində böyük uğurların əldə olunmasını təmin etməsindən, görülən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə gedən dinamik inkişafdan, vətəndaşların sosial müdafiəsi, rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən və keçirilən humanitar yardım aksiyasının vətəndaşlar üçün əhəmiyyətindən söhbət açıblar.
Bir 12 kişi ve ayakta duran insanlar görseli olabilir
Daha sonra Vəkillər Kollegiyasının vəkilləri tədbir iştirakçılarına artıq bir neçə ildir mütəmadi olaraq təşkil olunan ödənişsiz hüquqi yardım aksiyaları haqqında məlumat veriblər.
Bir 8 kişi ve ayakta duran insanlar görseli olabilir
Vətəndaşların hər biri fərdi qaydada dinlənilərək problemlərinə hüquqi cəhətdən aydınlıq gətirilib. Aksiya zamanı ümumilikdə 20 nəfərə hüquqi yardım göstərilib.
Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilir
Müraciətlərin böyük hissəsi mülki, torpaq qanunvericiliyi, miqrasiya, təhsil sahəsi, sosial yardım ilə bağlı olub.
Bineqedi.info
Bir 11 kişi, oturan insanlar, ayakta duran insanlar ve takım elbise görseli olabilirBir 3 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi ve oturan insanlar görseli olabilirBir 2 kişi ve oturan insanlar görseli olabilirBir 2 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 2 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 7 kişi, çiçek ve iç mekan görseli olabilirBir 3 kişi görseli olabilirBir 2 kişi, oturan insanlar, ayakta duran insanlar ve çiçek görseli olabilirBir 4 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 8 kişi ve ayakta duran insanlar görseli olabilir
Əvvəlki məqalə3 qat dünya çempionu Aynur Məmmədova Binəqədili gənclərlə görüşdü
Növbəti məqalədəPrezident İlham Əliyev Əfv sərəncamı imzaladı – SİYAHI