Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Gənclər Evində keçirilən layihənin növbəti görüşü “Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə” keçirilib.
“İdman əngəl tanımır” mövzusunda olan görüşün növbəti qonağı taekvondo üzrə 3 qat dünya, 4 qat Avropa çempionu, Azərbaycan Respublikasının əməkdar idman ustası və ictimai-siyasi xadim, Paratekvando üzrə Azərbaycan Milli Yığmasının üzvü, Prezident Mükafatçısı, “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” ictimai birliyinin sədri Aynur Məmmədova olub.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin əməkdaşları və gənclər iştirak edib.
Görüşdə A.Məmmədova ilk öncə layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva tərəfindən ünvanlanan suallar ətrafında danışıb. Daha sonra o, taekvondaya necə başlamasından, əldə etdiyi nəticələrdən danışıb.
Paralimpiya idmançımız həmçinin gənclərimiz tərəfindən verilən sualları da ətraflı şəkildə cavablandırıb.
Olduqca maraqlı keçən görüşün sonunda gənclərlə birlikdə xatirə şəkli çəkilib.
Bineqedi.info





