Binəqədidə ağcaqanad dərmanından ev yandı

0
3017
yangin

Bakının Binəqədi rayonunda yanğın baş verib.

Bineqedi.com  apa-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində, Natiq Həşimi 31 ünvanında Şamil Manafova məxsus fərdi yaşayış evində qeydə alınıb.

Onun iddiasına görə, hadisə vaxtı o evdə olmayıb. Yanğına səbəb isə ağcaqanad dərmanının yandırılması olub.

Hadisə yerinə FHN-nin iki yanğınsöndürmə texnikası cəlb edilib. Alovun qarşısı alınıb.

Hazırda ekspertiza işləri aparılır. Qeyd edək ki, Ş.Manafov Çernobıl əlilidir.

bakida-agcaqanad-dermanindan-ev-yandi

Əvvəlki məqalə“Azərbaycanla Çin bir-birini etibarlı tərəfdaş hesab edir” – Foto
Növbəti məqalədəSürücülərin NƏZƏRİNƏ: Paytaxtın mərkəzi küçələrindən biri bağlanır