Binəqədi rayonunda payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə olunmuşdur – FOTO

0
10996
Binəqədi rayon təsərrüfatının 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti, qış aylarında Rayon İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi.
Bineqedi.com xəbər verir ki, müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyəti başıçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Nəzarət-təftiş şöbəsinin müdiri Zulfəli İsmayılov, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Məmməd Qasımov, Bakı Şəhər Mənzil-Kommunal Təsərüfatı Departamentinin sədri Rəfail Mehrəliyev, Rayon İcra Hakimiyyəti başçısının I müavini Hacıbaba Babayev, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, kommunal xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə sədrləri, qərargah üzvləri, təhsil, səhiyyə, idarə və təşkilatların rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək, 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlərin vəziyyəti haqqında ətraflı məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində Qərərgah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüldüyünü bildirdi. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında, əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatların müəyyənləşdirildiyini, inventar, qum və duz tədarükü görüldüyünü, işçilər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunduğunu, eyni zamanda, rayondakı idarə, təşkilat və özəl qurumlara, bələdiyyələrə qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış edildiyini qeyd etdi və qarşıda duran vəzifələrin icrası ilə bağlı müəssisə rəhbərlərinə tapşırıqlar verdi.
Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanov çıxış edərək, 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıq işlərini tələb olunan səviyyədə təşkil etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq təsdiq edilmiş tədbirlər planına əsasən qərərgah və operativ işçi qrupunun yaradıldığı, qum və duz tədarükü görüldüyü, texnika və nəqliyyat vasitələrinin hazır vəziyyətə gətirildiyi, texnikalara xidmət edən işçilərə isə təlimatların verildiyi haqqında məlumat verdi.
Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Məmməd Qasımov və Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev çıxışlarında qışa hazırlıqla bağlı yaradılan qərargah, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərlərinə havaların sərt keçəcəyi günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalı olduğlarını, eləcə də verilən tapşırıqların icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, yarana biləcək problemlərin əlaqəli şəkildə və operativ sürətdə aradan qaldırılması üçün müvafiq tövsiyələr verdilər.
Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Bir platforma və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, platforma və xəbər otağı şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Əvvəlki məqaləGələn ildən bəzi xidmətlər İcbari Tibbi Sığorta zərfindən çıxarıla bilər – RƏSMİ
Növbəti məqalədəPrezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı