Bineqedi.info xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, “quş qripi” üzrə müxtəlif növlərə aid diri quşlar (bir günlük cücə, damazlıq, ətlik, yumurtalıq quşlar və s., zoopark quşları, vəhşi və ov quşları, inkubasiya yumurtası, süfrə yumurtası və yumurta məhsulları, quş sperması, quş əti (soyudulmuş, dondurulmuş və s.), quş əti məhsulları, quş əti və sümüyünün unu (yem üçün istifadə olunan), quş tükü və lələkləri yüksək riskli məhsullardır.
Sədr koronavirus üzrə yüksək riskli məhsulları da açıqlayıb: “Bu siyahıya isti və soyuqqanlı vəhşi heyvanlar, zoopark heyvanları, vəhşi heyvanların trofeyləri, balıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.), dəniz məhsulları (soyudulmuş, dondurulmuş və s.), heyvan mənşəli ət məhsulları, quş və quş məhsulları daxildir”.
Qeyd edək ki, Agentlik tərəfindən Çində yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən Azərbaycana diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.