“Azadlıq” prospektində kişi arvadının burnuna xəsarət yetirib

0
230
azadliq-metrosu

Bakıda ər arvadına avtomobildə xəsarət yetirib.

Hadisə fevralın 12-də, saat 08:30 radələrində, paytaxtın Binəqədi rayon, “Azadlıq” prospekti ərazisində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü F.İsmayılov “Nissan” markalı avtomobildə mübahisə zəminində həyat yoldaşının burnuna bıçaqla xəsarət yetirib.

Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsmayılov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 0,208 qram heroin, 2 ədəd metadon və 1 ədəd tramadol aşkar edilərək götürülüb.

F.İsmayılovun həyat yoldaşının xəsarəti yüngül olduğu üçün xəstəxanaya müraciət etməyib.

Faktla bağlı araşdırma aparılır.report

Əvvəlki məqaləBinəqədidə üzərində narkotik vasitə aşkarlanan şəxs saxlanılıb
Növbəti məqalədəKoronavirus üzrə yüksək riskli məhsullar: diqqətli olun – SİYAHI