YAP Binəqədi rayon təşkilatının inzibati binasında “Dəmir Yumruq” sənədli filmi nümayiş olunub.
Bineqedi.info saytına verilən məlumata görə, karantin rejiminin tələbləri gözlənilməklə təşkilatın akt zalında təşkil edilmiş film nümayişində ağsaqqallar, şəhid ailələri, müharibə iştirakçıları və qazilərimiz iştirak edib.
Azərbaycanda yaşayan azsaylı xalqların gənc oğullarının Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən “Dəmir yumruq” sənədli filmi maraqla izlənildi.
Filmin nümayişindən sonra tədbirdə çıxış edənlər qonaqları salamlamış, şanlı ordumuzun qələbəsi münasibətilə təbriklərini çatdırmış, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləmiş, bu filmi Vətən müharibəsi dövründə bütöv bir xalqın öz Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq tək birləşməsi simvolu kimi dəyərləndirimişlər.
Qeyd edək ki, “Dəmir yumruq” sənədli filminin xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla rayonun bütün idarə, müəssisə və təşkilatlarında nümayişi təşkil olunur.
Bineqedi.info