Prezidentdən yeni təyinatlar – SƏRƏNCAM

0
53

Prezident İlham Əliyev O.F.Nəzərlinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bineqedi.info xəbər verir ki, sərəncama əsasən, Orxan Faiq oğlu Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin digər sərəncamı ilə Orxan Faiq oğlu Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev Mətin Eynullayevin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Mətin Balasən oğlu Eynullayev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Mətin Balasən oğlu Eynullayev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə “Uşağın tərbiyəsində ailə mühitinin rolu” adlı onlayn tədbir keçirilib – FOTOLAR
Növbəti məqalədəArif Quliyev vəfat etdi