Binəqədidə havanı çirkləndirən sexin sahibi 4 min manat cərimələnib

0
63
pensiya-manat

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində fəaliyyət göstərən armatur sexindən atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib.

Bineqedi.info saytı xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktla bağlı sexin sahibi Hüseyn Quliyev barəsində akt, protokol tərtib edilib və o, 4 000 manat məbləğində cərimə olunub.

“Sexdə təmizləyici qurğunun quraşdırılması üçün obyekt sahibinə məcburi göstəriş verilib”.

Əvvəlki məqaləBinəqədidə avtomobil 53 yaşlı qadını vurub
Növbəti məqalədəŞuşada təxribat törədən erməni ilə bağlı – Rəsmi açıqlama