Ceyhun Bayramov: “Azərbaycan sülh müqaviləsi üzərində işləməyə hazırdır”

0
53

“Azərbaycan sülh müqaviləsi üzərində işləməyə hazırdır”.

Bineqedi.info saytı xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.

“Əgər regionda kimsə bunun asan olduğunu düşünürsə, mən onlara azad edilmiş əraziləri görməyi təklif edirəm”, – o deyib.

“Azərbaycan üçün prioritet Ermənistanla münasibətlərin normallaşdırılması prosesi və regionda dayanıqlı sülhün təmin edilməsidir. Bu proses formatın girovu ola bilməz”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında ATƏT-in Minsk qrupunun taleyi ilə bağlı jurnalistin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Minsk qrupu ilə təmaslardan imtina etməyib: “Biz Minsk qrupundan onların gələcək rolu ilə bağlı baxışlarını açıqlamalarını gözləyirdik”.

“Münasibətlərin normallaşmasının süni şəkildə uzadılması mənfi təsirlərə gətirib çıxarır və bu, böyük risklərə səbəb olur”.

Ceyhun Bayramov deyib ki, Azərbaycan da münaqişənin keçmişdə qaldığını bəyan edir: “Ermənistanla münasibətləri normallaşdırmaq üçün bütün üçtərəfli bəyanatları yerinə yetirmək lazımdır. Azərbaycan üçün prioritet işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Yaxın gələcəkdə biz məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasının şahidi olacağıq”.

“Bu gün Azərbaycan və Rusiya beynəlxalq informasiya təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyət haqqında saziş imzalayıb”.

Bu, iki ölkə arasında imzalanan daha bir müqavilədən biridir.

“Azərbaycan və Rusiya arasında münasibətlər qarşılıqlı fayda kəsb edən əməkdaşlıq nümunəsidir”.

O, bu münasibətlərin uzun tarixə malik olduğunu və indiyədək ölkələr arasında 200-dək müqavilə və sazişin imzalandığını vurğulayıb.

“Biz Azərbaycan rəhbərliyinin Ukraynadakı xüsusi hərbi əməliyyata balanslı və məsuliyyətli münasibətini yüksək qiymətləndiririk”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

“Biz Azərbaycanla diplomatik dialoqun inkişaf yolundan razıyıq”, – o bildirib.

“ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb”.

Sergey Lavrov bunun ABŞ-ın təşəbbüsü ilə baş verdiyini vurğulayıb.

“Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibəti Rusiyada yüksək qiymətləndirilir”.

“Əsrlər boyu xalqlarımızı birləşdirmiş və bizə miras qalmış dostluğu möhkəmləndirməkdə davam edirik. Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibətini yüksək qiymətləndiririk”, – Lavrov deyib.

O, dövlətlər arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirildiyini vurğulayıb.

Onun sözlərinə görə, payızda Rusiyada Azərbaycan Mədəniyyət Günləri fevtivalı davam edəcək, həmçinin Rusiya teatrlarının Azərbaycana qastrolları baş tutacaq.

“Bu sahədə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb”, – XİN başçısı diqqətə çatdırıb.

 

Əvvəlki məqaləBinəqədi rayonunun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə təltif olundular – FOTOLAR
Növbəti məqalədəQeyri-təyini söz birləşmələri və onların cümlədə rolu – Dilçilik elmimizdə yeni araşdırma