Binəqədi rayonunun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə təltif olundular – FOTOLAR

0
59
bineqedi-teltif-icra.png
Binəqədi Rayon İcra Hakimiyyətində 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə tədbir keçirildi.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının dövlət qulluqçuları, RİH başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Tədbir vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.Bir 6 kişi ve ayakta duran insanlar görseli olabilir
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov bildirdi ki, bu gün sürətlə inkişaf edən respublikamızın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayır və Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir və 23 İyun-“Dövlət Qulluqçularının Peşə Bayramı” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir. Dövlət qulluqçularının sosial problemlərinin həll edilməsi dövlət siyasətinin əsas tərkib hissələrindən biridir. Ölkəmizin idarəetmə sistemində mühüm və aparıcı rol oynayan dövlət qulluqçuları həmişə olduğu kimi, bu gün də müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfələrini verirlər. Leysan Məmmədov dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edərək, onlara öz çətin və şərəfli fəaliyyətlərində uğurlar arzuladı.Bir 7 kişi ve ayakta duran insanlar görseli olabilir
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək qeyd etdi ki, respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətdə islahatları uğurla davam etdirir. Bu islahatların aparılmasında məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, vətəndaşların hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Təbii ki, dövlət qulluğu sistemində aparılan islahatlarında əsasını bu məqsəd təşkil edir, biz də dövlət qulluqçuları olaraq dövlət siyasətinin həyata keçirilməsi üçün əlimizdən gələn fəaliyyətimizi ən yüksək səviyyədə davam etdirməliyik və xalqın xidmətində olmaq hər bir dövlət qulluqçusu üçün şərəfdir. Bu şərəfli işdə bütün dövlət qulluqçularını təbrik edən natiq onlara gələcək fəaliyyətlərində yüksək nailiyyətlər arzuladı.Bir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Tədbirin sonunda rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən bir qrup dövlət qulluqçusu Fəxri Fərman və hədiyyələrə təltif olundular. Dövlət qulluqçuları onlara göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Bineqedi.info
Bir 7 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 3 kişi, ayakta duran insanlar ve oturan insanlar görseli olabilirBir 3 kişi ve ayakta duran insanlar görseli olabilirBir 6 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 7 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir çiçek ve iç mekan görseli olabilirBir 10 kişi ve ayakta duran insanlar görseli olabilirBir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve takım elbise görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi ve ayakta duran insanlar görseli olabilirBir 2 kişi, ayakta duran insanlar, çiçek ve iç mekan görseli olabilirBir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar, çiçek ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi ve ayakta duran insanlar görseli olabilirBir 2 kişi ve ayakta duran insanlar görseli olabilirBir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 3 kişi, ayakta duran insanlar, çiçek ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar, çiçek ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar, çiçek ve iç mekan görseli olabilirBir 2 kişi ve ayakta duran insanlar görseli olabilirBir 2 kişi, ayakta duran insanlar, çiçek ve iç mekan görseli olabilir
Əvvəlki məqaləYAP Binəqədi rayon təşkilatında dövlət qulluqçuları ilə görüş keçirilib – FOTOLAR
Növbəti məqalədəCeyhun Bayramov: “Azərbaycan sülh müqaviləsi üzərində işləməyə hazırdır”