Binəqədi Rayon Polis İdarəsində Polis Günü münasibətilə tədbir keçirildi – FOTOLAR

0
930
bineqedi-rayon-polis-idaresi-polis-gunu.png
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Polis İdarəsi, YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 2 iyul – Azərbaycan Polisinin Peşə Bayramı Günü münasibətilə Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında tədbir keçirilib.
Bineqedi.info saytı xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon Polis İdarəsi rəisinin Xidmət üzrə müavini polis polkovnik-leytenantı Vüsal Axundov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Yunis Hüseynov və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları iştirak ediblər.
Bir 4 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Tədbir açıq elan edən Binəqədi Rayon Polis İdarəsi rəisinin Xidmət üzrə müavini polis polkovnik-leytenantı Vüsal Axundov Azərbaycan Respublikasının bütün ərazilərində yüksək peşəkarlıqla dövlətə, xalqa xidmət edən polis əməkdaşları adından qonaqları salamladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında əldə edilən yüksək nailiyyətlər və Daxili İşlər Orqanlarında fəaliyyət göstərən əməkdaşların sosial-iqtisadi rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verdi, bütün həmkarlarını təbrik edərək onlara çətin və şərəfli peşələrində uğurlar arzu etdi.
Bir 4 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilir
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov çıxış edərək Polis orqanları əməkdaşlarının ictimai asayişin qorunması, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin müdafiəsi istiqamətində çox vacib funksiyaları müvəffəqiyyətlə yerinə yetirdiyini və bu istiqamətdə fəaliyyətini genişləndirdiyini bildirdi, hər zaman olduğu kimi bu gündə Daxili İşlər Orqanları əməkdaşlarının ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd etdi.Fotoğraf açıklaması yok.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında Daxili İşlər Orqanları əməkdaşlarının ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişaf və davamlılığın, demokratiyanın bərqərar olmasında mühüm rol oynadığını bildiridi, peşə bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Bir 11 kişi ve ayakta duran insanlar görseli olabilir
Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşı diplom və fəxri fərmanlarla təltif olundu, xatirə şəkli çəkildi.
Bineqedi.info
Bir 6 kişi, ayakta duran insanlar, askeri üniforma ve şunu diyen bir yazı 'DIN' görseli olabilirBir 3 kişi ve ayakta duran insanlar görseli olabilirBir 3 kişi ve ayakta duran insanlar görseli olabilirBir 3 kişi ve ayakta duran insanlar görseli olabilirBir 11 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 8 kişi, ayakta duran insanlar ve askeri üniforma görseli olabilirBir 7 kişi ve ayakta duran insanlar görseli olabilir
Əvvəlki məqaləBinəqədi rayonunda avtomobil şadlıq sarayının qarşısındakı 5 maşına çırpıldı – FOTOLAR
Növbəti məqalədəAzərbaycan Respublikası Audiovizual Şurası Zaur Kamalla bağlı qərar verdi – RƏSMİ