Binəqədi rayonunda yerləşən təhsil müəssisələri – SİYAHI

0
268
bineqedi-mekteb-tehsil

Binəqədi rayonunda yerləşən məktəblərdə şagirdlərin təlim tərbiyəsi ilə 3666 müəllim məşğul olur.

Bineqedi.info xəbər verir ki, Binəqədi rayonu ərazisində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bundan başqa, 4 məktəbdənkənar müəssisə – Uşaq Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər İdman Mərkəzi, Uşaq Gənclər Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər Şahmat İdman Mərkəzi və 34 məktəbəqədər təlim-tərbiyə müəssisəsi fəaliyyətdədir.

Bununla yanaşı, 4 texniki peşə liseyi (6, 9, 18 və Bakı Turizm Peşə məktəbi), 3 musiqi məktəbi (6, 11 və 26), Bakı Humanitar Kolleci və 3 ali təhsil müəssisəsi – M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Əmək və Sosial Münasibətlər Akademiyası və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu rayon ərazisində yerləşir.

Binəqədidə 7 kitabxana, 1 mədəniyyət evi, 1 kənd təsərrüfatı muzeyi, 19 mədəniyyət abidəsi (onlardan 16-sı ölkə, 3-ü isə yerli əhəmiyyətlidir), 5 mehmanxana (3-ü dördulduzlu) var.

Əvvəlki məqaləBİNƏQƏDİ RAYONU HAQQINDA ÜMUMİ MƏLUMAT
Növbəti məqalədəBinəqədi səhiyyəsi – tibb müəssisələrinin SİYAHISI