Bakının Binəqədi rayonunda yanğın baş verib.
Bineqedi.com apa-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində, Natiq Həşimi 31 ünvanında Şamil Manafova məxsus fərdi yaşayış evində qeydə alınıb.
Onun iddiasına görə, hadisə vaxtı o evdə olmayıb. Yanğına səbəb isə ağcaqanad dərmanının yandırılması olub.
Hadisə yerinə FHN-nin iki yanğınsöndürmə texnikası cəlb edilib. Alovun qarşısı alınıb.
Hazırda ekspertiza işləri aparılır. Qeyd edək ki, Ş.Manafov Çernobıl əlilidir.