YAP Binəqədi rayon təşkilatının 91 ünvanlı ərazi ilk partiya təşkilatında görüş keçirilib

0
37

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının İbrahimpaşa Dadaşov küçəsi 91 ünvanlı ərazi ilk partiya təşkilatında görüş keçirilib.

Bineqedi.info xəbər verir ki, görüşü giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının üzvü, 83 saylı məktəb-liseyin direktoru Almaz Bayramova tədbir iştirakçıları və qonaqları salamlayıb.

Qeyd edib ki, bugünkü iclasın gündəliyində ərazi ilk partiya təşkilatının sədr müavininin və yeni müraciət edən müəllimlərin üzvülük ərizələrinin baxılması nəzərdə tutulub. Almaz Bayramova ərazi ilk partiya təşkilatının sədr müavinliyinə namizədi təklif etmək üçün sözü ərazi ilk partiya təşkilatının sədri Sevinc Razıyevaya verib.

bineqedi-ramiz-goyusov-yap1.jpg

Sevinc Razıyeva öz növbəsində iclas iştirakçılarını və qonaqları salamlayıb. Ərazi ilk partiya təşkilatının sədr müavinliyinə, məktəbin ingilis dili müəlliməsi Nuranə İbrahimovanın namizədliyini irəli sürüb.

Təklif səsə qoyuldu və yekdilliklə qəbul olunub. Daha sonra bir qrup müəllimin üzvülüklə bağlı məsələsinə baxıldı və qəbul olunub.
Çıxış üçün söz YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşova verilib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qeyd edib ki,Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandığından, Azərbaycanın taleyini düşünən ziyalılar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış ediblər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşiblər.

Yeni seçilən sədr müavininə və ərizəsi qəbul olunmuş partiya üzvlərinə işlərində uğurlar arzulayıb.

Əvvəlki məqalə7-ci mikrorayonda yeniyetməni avtomobil vurub
Növbəti məqalədəBinəqədidə “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində növbəti təqdimat baş tutub