Binəqədidə “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində növbəti təqdimat baş tutub

0
74

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində 313 nömrəli tam orta məktəbdə növbəti təqdimat baş tutub.
Bineqedi.info xəbər verir ki, təqdimatda giriş nitqi ilə çıxış edən 313 nömrəli tam orta məktəbin müəllimi Təranə Vəliyeva İmadəddin Nəsiminin həyatından, yaradıcılığından və fəlsəfəsindən haqqında danışıb. Nəsiminin yüksək dəyərə malik bir şəxsiyyət olduğunu diqqətə çatdırıb.
Daha sonra bədii hissə başlanıb. 313, 103 və 217 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə şagirdlərin ifasında Rəsul Rzanın “Son gecə” poemasından bir parça, “Sığmazam”, “Hardasan?”, “Etməgil”, “Neylərəm?”, “Ayrılır”, “Mənəm”, “Olmuşam” qəzəlləri bədii qiraət, musiqi və tamaşa formatında nümayiş etdirildi. Səsləndirilən bütün qəzəllərdə, kompozisiyalarda Nəsiminin nə qədər əzəmətli, əvəzsiz bir şəxsiyyət olduğu vurğulanıb.
Tədbirdə çıxış edən 313 nömrəli tam orta məktəbin direktoru Zakir Bayramov təqdimatın hazırlanması, ərsəyə gəlməsi barədə məlumat verib.

bineqedi-rayonu-teqdimat1

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva Nəsiminin yaradıcılığında müraciət etdiyi janrlar haqqında məlumat verib.

Bildirib ki, Nəsimi yaradıcılığı olduqca zəngindir və bu yaradıcılıq nümunələri bütün dünya üçün bir örnək və söz qaynağıdır. O, həmçinin ümummilli lider Heydər Əliyevin və dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Nəsiminin yubileylərinin qeyd edilməsi, onun araşdırılması, öyrənilməsi məqsədilə dövlət tərəfindən görülən işlərdən bəhs edib. Bunların şairin xatirəsinə ən dəyərli və qiymətli ehtiram olduğunu söyləyib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, “Nəsimi dühası-650 il” adlı layihədə Binəqədi rayonunun bütün tam orta məktəblərində İmadəddin Nəsiminin şəxsiyyətinə, yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş bir neçə nominasiya üzrə – musiqi, bədii qiraət, rəsm nümunələrinin nümayiş etdirilməsi nəzərdə tutulub. Bütün tam orta məktəblər üzrə təqdimatlar nümayiş olunduqdan sonra final tədbirinin və öncədən təsdiq edilmiş münsiflər heyətinin qərarına əsasən mükafatlandırılma mərasiminin keçirilməsi planlaşdırılır.

Əvvəlki məqaləYAP Binəqədi rayon təşkilatının 91 ünvanlı ərazi ilk partiya təşkilatında görüş keçirilib
Növbəti məqalədə“Azəriqaz”ın rəhbəri işdən çıxarıldı – Yeni təyinat