İstilik enerjisindən istifadə qaydaları hazırlanacaq

0
9909
otopleniya-istilik

İstilik enerjisindən istifadə qaydaları hazırlanacaq.

Bineqedi.com President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “İstilik təchizatı haqqında” qanunda əksini tapıb.

Fərmana əsasən, bu qaydaları Nazirlər Kabineti doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Eyni zamanda fərmana əsasən, Energetika Nazirliyi aşağıdakı normativ hüquqi aktları doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:

– istilik qurğularının quraşdırılması qaydalarını;

– istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını;

– istilik qurğularının texniki istismar qaydalarını.

Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar müəyyənləşdiriləcək.

Fərmana əsasən, bu halları Nazirlər Kabineti doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Eyni zamanda fərmana əsasən, NK doqquz ay müddətində şəbəkənin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

***

Prezident İlham Əliyev “İstilik təchizatı haqqında” yeni qanunu təsdiqləyib.

Qanun 7 fəsil, 26 maddədən ibarətdir.

Müəyyən hallar istisna olmaqla, bu Qanun qüvvəyə mindikdən sonra tikilən çoxmənzilli yaşayış binaları layihələrində binaya aid olan bütün mənzillərin vahid bir istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən vahid şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulmalıdır.

Çoxmənzilli yaşayış binaları layihələndirilərkən layihələrində hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda yol verilir. Halların mövcudluğuna hər bir bina üzrə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı baxılır.

Əvvəlki məqaləÖlkəmizdə iki yeni milli park yaradıldı – Sərəncam
Növbəti məqalədəBinəqədi rayonunda ümumrayon iməciliyi keçirilib – FOTO