Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
11012
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Arif Hüseynov küçəsində binanın qarşısında “AZƏRSU” ASC tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası, Binəqədi şosesində üstü açıq kanalizasiya lyukunun təmiri, Arif Hüseynov küçəsi 8 ünvanında marketdə təmir səbəbilə (Oba marketin qarşısı) götürülmüş Kapital bankın bankomatının yenidən yerinə qoyulması, Çingiz İldırım küçəsində çinar ağacının budanması, 8 Mart küçəsində içəri məhəllənin təmizlənməsi, Karvan küçəsində (köhnə Baksol küçəsi) “AZƏRSU” ASC tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə oğurluq edib qaçarkən kameraya düşdülər – Video
Növbəti məqalədəİmtahana gizli kamera ilə girənlərin aqibəti necə olub? – DİM açıqladı