Bakıda ağır QƏZA: Piyada vuruldu – ANBAAN VİDEO

0
9880
bineqedi-piyada-qeza-yol

Paytaxtda piyadanın vurulması ilə nəticələnən ağır qəza baş verib.

Bineqedi.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) videomaterial yayımlayıb.

“Piyadavurma hadisələrinin qarşısının alınması üçün görülən profilaktik tədbirlər və maarifləndirmə işləri davam etdirilir. Yol hərəkəti iştirakçıları arasında ən müdafiəsiz tərəf olan piyadaların şəxsi məsuliyyət hissi həyati əhəmiyyət daşıyır.

Xüsusilə çoxzolaqlı və yüksək sürət rejimi tətbiq olunan yollarda qaydalara əməl etmədən, piyada keçidlərindən istifadə etmədən yolu keçmək ciddi təhlükə yaradır.

Belə hallarda baş verən ağır yol-nəqliyyat hadisələri təsadüfi deyil, qayda pozuntusu nəticəsində yaranır.

Hörmətli piyadalar, bir daha sizə müraciət edirik ki, öz həyatınızı riskə atmayın, yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin, diqqətli və məsuliyyətli davranın. Çünk yolda təhlükəsizlik hər kəsin özündən başlayır”,-deyə məlumatda bildirilib”,- BDYPİ-dən bildirilib.

 

Əvvəlki məqaləMayda 14 gün iş OLMAYACAQ
Növbəti məqalədəİrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət – ŞƏRH