İşləyən vətəndaşların pensiyaları nə qədər artacaq? – FOTO

0
9094

“Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam ilə bu ilin əvvəlindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı. 1 milyon 100 min vətəndaşımızı əhatə edən artımlar əvvəlki ildəki ortaaylıq əməkhaqqındakı artım faizinə uyğunlaşdırıldı”.

Bineqedi.com xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.

Bəs, bu il işləyən vətəndaşlarımızın pensiyaları nə qədər artırılacaq?

Deputat qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur:

“6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 – 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır.

Bununla yanaşı, işləyən vətəndaşlarımızın pensiyalarında bu il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydalara əsasən 9.3 faizə indeksləşdirilərək artırılır. Daha sonra onun 6 illik iş müddəti tamamlanırsa, pensiyasına əlavə olunur”.

İşləyən vətəndaşların pensiyaları nə qədər artacaq? - FOTO

“Məsələn, vətəndaşımıza 1 may 2020-ci il tarixində yaşa görə ümumi əsaslarla əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. 2025-ci ilin sonunda həmin vətəndaşımızın pensiya məbləği 800 manat olub. Onun pensiya məbləği 1 may 2026-cı il tarixində pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanır. Şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25 200 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (25 200 manat) 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. Bu o deməkdir həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin vətəndaşımız əmək pensiyası aldığına görə onun pensiyası yanvarın 1-dən indeksləşdirilib. Bu ilin may ayında həmin şəxsin yeni pensiya məbləği belə olur: 800 manat + 74.4 manat (800 manat x 9.3%) + 350 manat = 1224.4 manat.

Göründüyü kimi, əmək fəaliyyəti davam edən pensiyaçılarımız işləməkdə davam edərlərsə və 6 il iş müddəti bu il tamam olarsa o zaman həm indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilər”, – deputat qeyd edib.

Əvvəlki məqaləBakının əvvəllər Kirovun, indi isə Rəsulzadənin adını daşıyan qəsəbəsindən REPORTAJ – VİDEO
Növbəti məqalədəPrezident: “Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik”