Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
10991
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Hacıbaba Babayev, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Elçin Əzizov küçəsində kanalizasiya xəttinin bir hissəsinin yenilənməsi, Elçin Əzizov küçəsinə sürət radarının quraşdırılması, Xocəsən yeni yaşayış massivində sahibsiz heyvanların ərazidən götürülməsi, Aprel Zəfəri 12-ci döngədə internet xətti dirəyinin yerinin dəyişdirilməsi, Əliağa Vahid küçəsində asfalt örtüyünün bərpası və həmin küçəyə küçə işıqlarının çəkilməsi, Nicat Səmədov küçəsində asfalt örtüyü olmayan hissənin asfaltlanması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Şəkilin açıqlaması yoxdur.
Bir kostyum şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əvvəlki məqaləAzərbaycanda Qələbə Günü qeyd olunur