YAP Binəqədi rayon təşkilatında partiyanın müşahidəçiləri ilə görüş keçirilib

0
46
bineqedi-yap

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında bu ilin 23 dekabrında keçiriləcək növbəti Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən müşahidəçi təyin edilmiş şəxslərlə görüş keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qarşıdan gələn Bələdiyyə seçkiləri və partiyanın seçkilərə hazırlığı ilə bağlı ətraflı məlumat verib.

YAP tərəfindən irəli sürülən namizədlər və təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşləri müşahidəçilərin diqqətinə çatdırıb.

bineqedi-yap

Daha sonra müşahidəçilərin hüquq və vəzifələri barədə məlumatlardan bəhs edib. Bildirib ki, müşahidəçilər seçici siyahıları ilə tanış olmaq, seçicilərə seçki bülletenlərinin verilməsini müşahidə etmək, səsvermə günü istədiyi vaxt seçki məntəqəsinə daxil olaraq prosesi izləmək, seçicilərin sayını, səsverilmiş və etibarsız hesab edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək, müşahidələrinin nəticələrinin seçki komissiyasının protokolunda qeyd edilməsini tələb etmək və s. hüquqlara malikdir.

Görüşdə həmçinin birgə maraq doğuran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Sonda müşahidəçilərə vəsiqələri təqdim edilib.

Əvvəlki məqaləBu gün Binəqədi qəsəbəsinin bir hissəsində su kəsiləcək – Xəbərdarlıq
Növbəti məqalədə7-ci mikrorayonda “Açıq qapı” – İcra başçısı səyyar qəbul keçirdi – Fotolar