Binəqədidə üzərində narkotik vasitə aşkarlanan şəxs saxlanılıb

0
59
qetl-bineqedi-polis

Bakı sakinində narkotik vasitə aşkarlanılıb.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yusif Məmmədov saxlanılıb.

Onun əl çantansına baxış keçirilən zaman 12 bükümdə 7,525 qram heroin və 2 bükümdə 1,281 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirilib – Fotolar
Növbəti məqalədə“Azadlıq” prospektində kişi arvadının burnuna xəsarət yetirib