Binəqədidə şagirdlər Mərkəzi Kitabxanaya ekskursiya ediblər – Fotolar

0
75
bineqedi-merkezi-kitabxana

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Binəqədi rayonunda yerləşən 102 saylı orta məktəbin 2-ci sinif şagirdlərinin Mərkəzi Kitabxanaya ekskursiyasını təşkil edib.
Bineqedi.info saytına verilən məlumata görə, Uşaq şöbəsinin müdiri Səidə Sərdarova şagirdlərə kitab və kitabxana haqqında geniş məlumat verib, “Biz niyə kitab oxumalıyıq?” mövzusunda məktəblilərlə geniş söhbət aparıb. Məktəblilər hazırladıqları B. Vahabzadənin “Kitab” şeirini söyləyiblər. Uşaq şöbəsinin müdiri Səidə Sərdarova şagirdləri uşaq şöbəsi ilə yaxından tanış edib. Şöbədə yeni yaradılmış “Uşaq folklor nümunələri” adlı sərgi və dünya uşaq ədəbiyyatının görkəmli nümayəndələri Qrimm qardaşlarından biri olan Yakob Qrimmin 235 illik yubileyi ilə əlaqədar yaradılmış “Yakob Qrimm-235” adlı sərgi haqqında məktəblilərə məlumat verib.

bineqedi-kitabxana1

Uşaq şöbəsinin baş kitabxanaçısı Aygün Əliyeva məktəbliləri kitabxanada təşkil olunmuş “Dahi şəxsiyyət” sərgisi ilə tanış edib.

Şagirdlər üçün “Mütaliə saatı” təşkil olunub. “Milli Qəhrəmanlarımız” mövzusunda kitablar mütaliə olunub.
Uşaq şöbəsinin müdiri Səidə Sərdarova və İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva məktəblilər üçün “Cizgi saatı” təşkil edib.

Məktəblilər Uşaq şöbəsinin məktəbli oxucu qrupuna üzv yazılıblar. Təşkil olunmuş ekskursiya uşaqların böyük marağına səbəb olub.

Bineqedi.info

kitaba-maraq

Əvvəlki məqaləKoronavirus üzrə yüksək riskli məhsullar: diqqətli olun – SİYAHI
Növbəti məqalədəMSK onların qalib olduğu dairələrin nəticələrini ləğv etdi – SİYAHI