MSK onların qalib olduğu dairələrin nəticələrini ləğv etdi – SİYAHI

0
50
hadi-recebli

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan müraciətlərə baxılıb.

Bineqedi.info xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.  O bildirib ki, 80 sayı İmişli-Beyləqan Seçki Dairəsinin seçki məntəqələrində pozuntu faktlarına dair müraciətlər daxil olub.

İclasda müvafiq seçki dairəsində seçkilərin nəticələri ləğv edilib.

MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, Çingiz Qənizadə həmin dairədə lider namizəd idi.

Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai Üçüncü Seçki Dairəsi ilə bağlı daxil olan müraciətlərə də baxılıb.

İclasda bildirilib ki, səsvermə prosesində həmin dairədə qanun pozuntularına yol verilib.

Qeyd olunub ki, həmin qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallardır.

İclasda qərara alınıb ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin nəticələri ləğv edilsin.

Həmçinin, 33 məntəqədən 30-da pozuntu hallarına yol verildiyi bildirilib.

Qeyd edək ki, parlament seçkilərinin nəticələri ilə bağlı MSK-nın açıqladığı ilkin açıqlamaya görə həmin dairədə lider namizəd Rauf Arifoğlu idi.

Mərkəzi Seçki Komissiyası 74 saylı Lənkəran Kənd Seçki Dairəsi üzrə daxil olan müraciətləri də araşdırıb.

İclasda qeyd olunub ki, müvafiq dairə üzrə seçki məntəqələrində qanun pozuntularını özündə əks etdirən videogörüntülər izlənilib, sosial şəbəkələrdə yayılan məlumatlara baxılıb.

İclasda qərara alınıb ki, 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilsin.

Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairədə lider namizəd Hadi Rəcəbli idi.

MSK-da 33 saylı Xətai Birinci Seçki Dairəsi üzrə daxil olan şikayətlərə də baxılıb.

İclasda bildirilib ki, araşdırma nəticəsində həmin dairədə ciddi qanun pozuntularının olduğu aşkarlanıb.

Qərara alınıb ki, Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai Birinci Seçki Dairəsinin nəticələri ləğv edilsin.

Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairədə lider namizəd Hüseynbala Mirələmov idi.

Əvvəlki məqaləBinəqədidə şagirdlər Mərkəzi Kitabxanaya ekskursiya ediblər – Fotolar
Növbəti məqalədəBinəqədidə yük maşınını qaçıranlar tutuldular