Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bir qrup xeyriyyəçi tərəfindən “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəz”ində yaşayan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları və xeyriyyəçilər iştirak ediblər.