“Binəqədi” neftli-qazlı rayonu Abşeron yarımadasının şimal-qərbində yerləşir. Bineqedi.info xəbər verir ki, burada “Binəqədi”, “Qırməki”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmai” (Sianşor və Məhəmmədli sahələri) neft-qaz yataqları və “Novxanı”, “Digah”, “Saray” və s. perspektivli kəşfiyyat sahələri yerləşir.
29 sentyabr 2004-cü ildə ARDNŞ ilə “AzEn Oyl” şirkəti arasında birgə işlənmə haqqında saziş bağlanıb. Saziş sahəsi 43,5 km2 təşkil edir.
“Binəqədi” yatağı 1896-cü ildən istismar olunmağa başlayıb. Yataq Bakı şəhərindən 9 km şimala doğru yerləşir. Yataqda 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 32,6 milyon ton olub.
“Sulutəpə” yatağı 1920-ci ildə işlənməyə daxil olub. Bakı şəhərindən 9 km şimal-qərbə doğru yerləşir. Yataqda 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 6,8 milyon ton olub.
“Çaxnaqlar” yatağı 1932-ci ildə istismara daxil olub. Bakı şəhərindən 9 km şimal-qərbə doğru yerləşir. Yataqda 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 7,9 milyon ton olub.
“Qırməki” yatağı 1944-cü ildə istismara daxil olub. Bakı şəhərindən 9 km şimala doğru yerləşir. Yataqda 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 1,1 milyon ton olub.
“Şabandağ” yatağı 1908-ci ildə istismara daxil olub. Bakı şəhərindən 9 km şimal-qərbə doğru yerləşir. 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 1,3 milyon ton olub.
“Məhəmmədli” sahəsi 1973-ci ildə işlənməyə daxil olub. Bakı şəhərindən 13 km şimala doğru yerləşir. Yataqda 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 0,72 milyon ton olub.
“Masazır” yatağı 1980-cı ildə istismara daxil edilib. Bakı şəhərindən 20 km şimala doğru yerləşir. Yataqda 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 0,212 min ton olub.