Binəqədidə 78 yaşlı kişi evində yanaraq öldü

0
334
bineqedi-yangin-menzil

Bakının Binəqədi rayonunda ev sahibi mənzilində yanaraq ölüb.

Bineqedi.info saytı FHN-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində mənzildə 1 ədəd divan və döşəmə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Məmmədov Qəhrəman Hüseyn oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Bineqedi.info

Əvvəlki məqaləErmənistanda hökumət maşınları etirazçıların üzərinə sürüldü – VİDEO
Növbəti məqalədəVladimir Putin Azərbaycan Prezidentinə zəng edib