Bakının Binəqədi rayonunda ev sahibi mənzilində yanaraq ölüb.
Bineqedi.info saytı FHN-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində mənzildə 1 ədəd divan və döşəmə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Məmmədov Qəhrəman Hüseyn oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Bineqedi.info