Binəqədi rayonunun müxtəlif ərazilərində məişət tullantilarinin yığılması və daşınması işləri gün ərzində müəyyən edilmiş qrafiklər əsasında həyata keçirilir. Bineqedi.info-ya verilən məlumata görə, mütəmadi olaraq “Kamaz” və “Zil” markalı maşınlar vasitəsi ilə əraziyə atılmış iriqabaritli tullantıların daşınması nəzarətdə saxlanılır.
Bundan başqa, zibil konteynerlərinin istifadəyə yararlı olması məqsədi ilə təkərləri yeniləri ilə əvəzlənir, konteynerlər rənglənərək səliqəli və işlək vəziyyətdə saxlanılır.
Qəsəbələrin yol kənarlarında və qəbirsanlıq ərazilərdə olan quru otlar biçilir və həmin ərazilərin təmizlənməsi istiqamətdə işlər davam etdirilir.
Bineqedi.info