Binəqədidə avtomobil 8 yaşlı uşağı vurdu

0
77
tecili yardim

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Əhmədli İbrahim Yüsif oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə sanitar- təmizlik işləri davam etdirilir – Fotolar
Növbəti məqalədəPrezident Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdirini təltif etdi