Binəqədidə “Gənclər həftəsi” çərçivəsində keçirilən yarışın qalibləri mükafatlandırıldı – FOTOLAR

0
51
2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə 27 yanvar – 2 fevral tarixləri “Gənclər həftəsi” elan olunub və bununla bağlı bir sıra tədbirlərin təşkili planlaşdırılıb.
Bineqedi.info saytına verilən məlumata görə, “Gənclər həftəsi” çərçivəsində 27 yanvar 2022-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Breyn-rinq” intellektual bilik yarışı keçirilib.
Yarışda 12 komanda üzvləri qarşılaşıb. Gərgin bilik mübarizəsi ilə keçən yarışın sonunda 83 Nömrəli məktəb-liseyin “Tarix Yazanlar” komandası I yer, 102 nömrəli tam orta məktəbin “Uğur” komandası II yer, 299 nömrəli məktəb-liseyin “5 BUTA” komandası isə III yeri tutmuşdur.
Yarışın mükafatlandırma tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Zeynal Rəşidli və “Arximed” Təlim və Tədris Kompleksinin rəhbəri Fəridə Babayeva iştirak etmişdir.
Tədbirdə ilk öncə çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev bildirmişdir ki, “Azərbaycan Gəncləri Günü” gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəi fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əlbəttə ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım ataraq bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib.
Daha sonra çıxış üçün söz Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elnur Məmmədova verilmişdir.
O, qeyd etmişdir ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Cənab prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, yaradılan şərait və imkanlar bu sahəyə böyük diqqətin nəticəsidir.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva çıxışında ulu öndər Heydər Əliyevin gənclər siyasətindən, ardıcıl olaraq keçirilən gənclər forumlarının əhəmiyyətindən söz açmış və dövlət gənclər siyasətinin uğurla icra olunduğunu qeyd etmişdir.
Digər qonaqlar çıxışlarında ölkəmizdə böyük qüvvə olan gənclərin hazırda dövlətimizin və birbaşa prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırmışlar.
Sonda qalib gələn komandalar müvafiq dərəcəli diplomlarla təltif edilmişlər.
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 10 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 7 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 6 nəfər, ayaqüstə duran insanlar və oturan insanlar şəkili ola bilər
Bir 11 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər
Bir 14 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 12 nəfər, ayaqüstə duran insanlar və oturan insanlar şəkili ola bilər
Bir 5 nəfər, ayaqüstə duran insanlar, kostyum və içəridə şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə dəmiryol stansiyasında ahıl kişinin başına daşla xəsarət yetirilib – VİDEO
Növbəti məqalədəBinəqədidə klinikada qadının pulqabısı oğurlanıb