Binəqədidə klinikada qadının pulqabısı oğurlanıb

0
90
bineqedi

Bakıda klinikada qadının pulqabısı oğurlanıb.

Bineqedi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatında bildirilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə rayon ərazisindəki klinikaların birində orada işləyən qadının içərisində 750 manat olan pulqabısının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini B.Rüstəmov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə “Gənclər həftəsi” çərçivəsində keçirilən yarışın qalibləri mükafatlandırıldı – FOTOLAR
Növbəti məqalədəBinəqədidə sərnişin avtobusu maşına çırpıldı – FOTOLAR