Binəqədi rayon məktəbliləri Memorial Soyqırımı Muzeyini ziyarət ediblər – FOTOLAR

0
73
bineqedi-mekteblileri
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Binəqədi rayon məktəbliləri Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyini ziyarət ediblər.
Bineqedi.info saytına verilən məlumata görə, ziyarətdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Amal Əsgərov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Sevinc Beybudova, könüllülər və rayon məktəblərində təhsil alan yuxarı sinif şagirdləri iştirak etmişlər.
Məlumat üçün bildiririk ki, Memorial Soyqırımı Muzeyi xalqımıza qarşı törədilmiş cinayətlər barədə həqiqətlərin geniş kütlələrə çatdırılması, xüsusən gənc nəslin ətraflı məlumatlandırılması yolu ilə cinayət qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmışdır. Muzeydə olan tarixi sənədlər, foto və video materiallar, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət ədəbiyyat fondu muzeyin hər kəsə erməni qəsbkarlarının qəddar cinayətləri haqqında dolğun məlumat vermək missiyasında əhəmiyyətli rol oynayır.
Ziyarət iştirakçıları bu məlumatlarla yaxından tanış olmuşlar.
Bineqedi.info
Bir 6 kişi ve ayakta duran insanlar görseli olabilirBir 9 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 8 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 6 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 8 kişi, oturan insanlar, ayakta duran insanlar ve ayakkabı görseli olabilir
Bir 11 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 6 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 10 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 9 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 2 kişi ve iç mekan görseli olabilir
Əvvəlki məqaləBinəqədi Rayon Polis İdarəsinin əməkdaşları nəzarət profilaktiki tədbirlər keçiriblər
Növbəti məqalədəGələn ay 5 gün iş olmayacaq