Binəqədi sakinləri Prezidentə yazırlar – MƏKTUBLAR

0
67
prezident-bineqedi

Prezident İlham Əliyevə vətəndaşlardan təşəkkür və dəstək məktubları gəlməkdə davam edir. 

Bineqedi.info saytı Binəqədi sakinlərinin dövlət başçısına ünvanladıqları məktublardan bəzilərini təqdim edir:

Hörmətli cənab Prezident.

Otuz ildir həsrətlə gözlədiyimiz torpaqlarımız Sizin iradəniz və qətiyyətli siyasətiniz nəticəsində işğaldan azad olunub. Bütün Azərbaycan xalqı Sizə minnətdardır.

Torpaqlarımızın azad olunmasından sonra orada aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri qəlbimizi fərəhləndirir. Bununla bərabər ölkəmizin hər yerində abadlıq-quruculuq işləri sürətlə davam etdirilməkdədir. Görülən işlər çərçivəsində Sizin şəhid və qazı ailələrinə göstərdiyiniz diqqət və qayğının nəticəsi olaraq, Binəqədi rayonunun 28 May qəsəbəsində bir çox mühüm küçələr, o cümlədən şəhid ailələrinin və qazilərimizin yaşadığı küçələr asfaltlanaraq biz sakinlərin istifadəsinə verilib.

Göstərilən bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Budaqov Şirzad Həsən oğlu,

Kəlbəliyeva Rəsmiyyə Məlik qızı,

Beybudov Eldəniz Əliqardaş oğlu,

Qaçayev Fərman Rüstəm oğlu,

Fərhadzadə Tural Xaləddin oğlu və başqaları (55 nəfər).

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi.

***

Hörmətli cənab Prezident.

Sizin müdrik rəhbərliyiniz və müzəffər Ordumuzun şücaəti sayəsində torpaqlarımız işğaldan azad olundu. Siz bizim torpaq həsrətimizə son qoydunuz. Bütün Azərbaycan xalqı kimi, mən də Vətən müharibəsi iştirakçısı olaraq daim Sizinləyəm.

Mən Cəbrayıl, Xocavənd, Hadrut və Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişəm, döyüşlərdə yaralanaraq əlil olmuşam. Sizin şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyiniz diqqət və qayğı bizim yaralarımıza hər zaman məlhəm olub. Sizin tapşırığınıza əsasən, şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görülür. Mən də bu günlərdə mənzillə təmin olunmuşam. Buna görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Daim kölgəniz başımızın üzərində olsun!

Biz Vətənini sevən ailə olaraq Vətənini sevən Ali Baş Komandanımızın hər zaman yanındayıq.

Hörmətlə,

İbrahimov Fərhad Fuad oğlu, 3-cü dərəcəli Vətən müharibəsi əlili.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi.

***

Salam Ordumuzun Müzəffər sərkərdəsi!

Mən, Vətən müharibəsi əlili Oruclu Muradxan Zöhrab oğlu Sizə öz dərin təşəkkürümü bildirirəm. Həm siyasətinizə, həm düşmən ölkəyə göstərdiyiniz gücünüzə, həm də biz müharibə əlillərinə ayırdığınız diqqətə görə minnətdaram Sizə.

Allah daim millətimizi, torpaqlarımızı qorumağa bizə güc versin. Sizin kimi sərkərdənin əsgəri olduğum üçün qürurluyam və başım dikdir. Bizdə bu əminliyi, bu özünəinamı yaratdığınız üçün çox sağ olun.

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Sizin əsgəriniz Oruclu Muradxan Zöhrab oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.

***

Möhtərəm cənab Prezident.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalının qardaş Türkiyədən kənarda ilk dəfə olaraq Azərbaycanda keçirilməsi ölkələrimiz arasındakı dostluq və strateji müstəqillik əlaqələrinin növbəti təzahürüdür. “TEKNOFEST”in Azərbaycanda keçirilməsi dünyaya türkün gücünü və Azərbaycan-Türkiyə qardaşlığını bir daha göstərdi. Belə tədbirlər iki ölkə arasındakı münasibətlərin inkişafına yeni təkan verməklə yanaşı, gücümüzə güc qatır.

İnanırıq ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu daha da möhkəmlənəcək, əlaqələrimiz daha da inkişaf edəcəkdir.

F.Nəcəfov adına 266 nömrəli tam orta məktəbin kollektivi adından hörmətlə,

Hüseynova İradə Məhərrəm qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Möhtərəm cənab Prezident.

Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı dərin köklərə, tarixə malikdir. “TEKNOFEST Azərbaycan” festivalı bizim birliyimizi bir daha bütün dünyaya bəyan etdi.

Məhz Sizin uzaqgörən, güclü siyasətiniz nəticəsində Azərbaycan dünya dövlətləri arasında özünə layıq, sözünü deyən, qüdrətli dövlətə çevrilmişdir. Sizə bu şərəfli işinizdə müvəffəqiyyətlər və cansağlığı arzulayırıq.

T.Həsənov adına 23 nömrəli tam orta məktəbin pedaqoji kollektivi adından hörmətlə,

Nigar Hənifəyeva

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Gənclərə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Məhz ulu öndər Heydər Əliyevin siyasətinin nəticəsidir ki, bu gün biz qalib xalqıq. Siz bu siyasəti layiqincə davam etdirirsiniz. Bu səbəbdən də Sizə minnətdarlığımı çatdırıram.

Azərbaycan xalqı və gəncləri Sizi sevir və daim Sizinlədir.

Yaşasın cənab Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan Prezidenti İlham Əliyev!

Hörmətlə,

Həsənov Fərid Mətləb oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Əvvəlki məqaləƏlilliklə bağlı imtina alanlara xoş xəbər – Bu tarixdən qüvvəyə minir
Növbəti məqalədəZəngəzur dəhlizindəki yolla bağlı razılaşma əldə olunub? – Moskvanın qəfil bəyanatı