Binəqədi RİH-in təşkilatçılığı ilə keçirilən tədbir maraqla qarşılanıb – FOTOLAR

0
69
bineqedi-rih-tedbir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda seminar keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elnarə Kərimova, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbə müdiri vəzifəsini icra edən Anar Kazımov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı apratının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Peşə Təhsil Mərkəzinin rəhbər-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısı apratının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov gənclərimizin Azərbaycan tarixinə, dövlətçilik ənənələlərinə və mədəni irsinə bağlılığından danışaraq tədbirin əhəmiyyətini vurğulayıb.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi şöbə müdiri Elnarə Kərimova çıxış edərək dövlət din münasibətlərindən, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə görülən işlər barədə iştirakçılara geniş məlumat verib.
Daha sonra tədbir disskusiya formasında davam edib.
Bir 6 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 9 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 7 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Əvvəlki məqaləMüdafiə naziri Zakir Həsənovdan tapşırıq: “Hər an hazır olun!”
Növbəti məqalədəBinəqədi rayonu ərazisində abadlıq və cari təmizlik işləri davam edir – FOTOLAR