YAP Binəqədi rayon təşkilatında Ulu Öndərin ilk dəfə hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

0
92
yap-bineqedi-tedbir.png
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millər vəkili, YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov, millət vəkili Kamaləddin Qafarov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bir 4 kişi, ayakta duran insanlar, anıt ve açık hava görseli olabilir
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu və əziz xatirəsi ehtiramla yad edilib.
Bir 6 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir
Ulu Öndər Heydər əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, 1969-cu il 14 iyul Azərbaycanın tarixində müstəsna əhəmiyyəti olan bir tarixi gündür. Çünki həmin tarixdən başlayaraq Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində köklü islahatlar reallaşdırıldı və ölkəmiz sürətli inkişaf etməyə başladı.
Bir 3 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirAzərbaycanın üzləşdiyi problemlər, çətinliklər uğurlu siyasi strategiyanın həyata keçirilməsi ilə aradan qaldırıldı, respublikasımız və xalqımız nicat yoluna qədəm qoydu.
Bir 3 kişi, ayakta duran insanlar, anıt ve açık hava görseli olabilir
Sonra millət vəkili, YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov məruzə nitqi ilə çıxış edərək vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyində oynadığı misilsiz rolu hər zaman ehtiramla xatırlanmalı və gələcək nəsillərə ötürülməlidir.
Bir 8 kişi, ayakta duran insanlar, ağaç ve açık hava görseli olabilir
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, xarici əlaqələrində əsaslı dönüş yarandı, ciddi uğurlara imza atıldı.
Bir 11 kişi ve ayakta duran insanlar görseli olabilir
Tədbirdə yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının xalqımız üçün sonsuz qürur və iftixar olduğunu bildirdi.
Bir 11 kişi ve ayakta duran insanlar görseli olabilir
Onun sözlərinə görə Heydər Əliyevin fəaliyyətinin hər bir məqamı ümummilli maraqlarımıza xidmət edib. Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyi, inkişafı, tərəqqisi, bütövlüyü, dünyadakı nüfuzunun artırılması, haqlı mövqeyimizin təbliğatı uğrunda fədakarcasına çalışıb. Bu gün ölkəmizdə aparılan uğurlu islahatların əsası məhz ümummilli liderin siyasi kursunun məntiqi davamıdır.
Bineqedi.info
Əvvəlki məqaləBinəqədidə “Milli–mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlərinə qarşı etibarlı sipərdir” mövzusunda tədbir keçirilib
Növbəti məqalədəBinəqədinin igid oğlu, XTQ üzvü, şəhid Emin Bağırovun doğum günüdür – FOTOLAR