Binəqədidə Ağac Emalı Zavodunun ərazisində yanğın olub

0
119
yangin

Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon ərazisində (“Dərnəgül” metrostansiyası yaxınlığı) baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində təqribən 500 m² sahədə quru ot, məişət və təkər tullantıları yanıb.

Bineqedi.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi hadisə ilə əlaqədar məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində 900 m² sahədə məişət tullantıları və yararsız təkərlər, 3 ədəd ağac və yaxınlıqda ümumi sahəsi 8 m² olan külafirənginin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı evlər və digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əvvəlki məqaləBinəqədi məktəbinin məzunu ABŞ-ın 12 universitetinə qəbul olub
Növbəti məqalədəBinəqədi rayonunda maraqlı layihəyə start verilib – FOTOLAR