Binəqədi rayonunda növbəti səyyar görüş keçirildi

0
46

Biləcəri qəsəbəsində yerləşən 284 saylı orta məktəbin akt zalında  Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri sakinləri ilə səyyar görüşü keçirildi. Bineqedi.info xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Əvvəlki məqaləHacı Madər: “Deputat maaşım dolanışığıma kifayət edir”
Növbəti məqalədəAzərbaycan əhalisinə şad xəbər – Bu gün minlərlə insanın maaşı artdı