Sosial ödənişlər də artırılacaq – İslahatlar zərfi müzakirə mərhələsindədir

0
118
manat

Kirayədə qalanların ünvanlı sosial yardımında həmin xərc qədər artım qeydə alınacaq.

Bineqedi.com xəbər verir ki, bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun üçün vətəndaş müraciət etməlidir.

“Müraciət zamanı kirayədə qaldığını təsdiq etməlidir. Bu zaman kirayədə qalanların ünvanlı sosial yardımında həmin xərc qədər artım qeydə alınacaq”,- deyə o əlavə edib.

“Sosial ödənişlərin artırılması ilə bağlı islahatlar zərfi müzakirə mərhələsindədir”.

Himalay Məmişovun sözlərinə görə, müzakirələrdən sonra artımlar barədə dəqiq məlumat ictimaiyyətə təqdim ediləcək.

“Son illərdə aparılan araşdırmalar nəticəsində 32 mindən çox şəxsə artıq ödəmə verildiyi müəyyən olunub”.

Onun sözlərinə görə, növbəti dövrlərdə də araşdırmalar nəticəsində rəqəmlərin artması istisna edilmir: “2021-ci il ərzində 190 minə yaxın şəxsin əlilliyə görə pensiyası dayandırılıb. Səbəb isə əlillik müddətinin bitməsi olub. Yenidən müraciət edənlərin pensiyası tam şəkildə bərpa olunub”.

Əvvəlki məqaləPensiyalarda yeni amnistiya tətbiq olunacaq – ŞƏRH
Növbəti məqalədəBinəqədi rayonunda voleybol turniri keçirilib – FOTOLAR