Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Binəqədi rayonunda voleybol (qızlar) turniri keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 248 №-li tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə voleybol(qızlar) turniri keçirilib.
Turnirinin nəticəsinə əsasən, 1-ci yeri 182 №-li tam orta məktəbin komandası, 2-ci yeri 267 №-li məktəb-liseyin komandası, 3-cü yeri 135 №-li tam orta məktəbin komandası tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev iştirak edib.
Bineqedi.com













