Elxan Allahverdiyevin Binəqədi qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR

0
144
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Dərələyəz küçəsinə asfalt örtüyünün çəkilməsi, işıqlandırılması, su xəttinin yenilənməsi, Ələsgər Cavadov küçəsinin işıqlandırılması, küçə itlərinin yığışdırılması, Yeni yaşayış massivində (Vulkan dağının ətrafı) yolun təmir olunması, Xan qızı küçəsində yerləşən həyətyanı sahədə işıq xəttinin hündürlüyünün artırılması göstərilməsi ilə bağlı müraciətlərini, 179 saylı məktəbin qarşısında işıqforun işləməməsi, Şəhid Ramin Qulivev küçəsinin abadlaşması, məişət konteynerlərinin təmir edilməsi, II mədən korpus 170 ünvanına kanalizasiya xəttinin çəkilməsi, 182 saylı məktəbin yaxınlığında yerləşən konteynerin yerinin dəyişdirilməsi, Ağ şəhər küçəsinə (I mədən, korpus) kanalizasiya xəttinin çəkilməsi, vətəndaşın həyətyanı sahəsində kanalizasiya xəttinin təmir olunması, Vulkan dağı ətrafına marşurut xəttinin çəkilməsi ilə bağlı aidiyyəti quruma müraciət ünvanlanması, konteyner meydançasının tikilməsi və konteynerlərin qoyulması, Ramazanov küçəsində kanalizasiya xəttinin təmizlənməsi, Karvan küçəsinə asfalt örtüyünün çəkilməsi, kanalizasiya xəttinin çəkilməsi, Sərdarabad küçəsində suyun fasilələrlə verilməsi, Vətəndaşa veteranlıq vəsiqəsi almağa köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 4 nəfər, xəbər otağı və platforma şəkili ola bilərBir 5 nəfər şəkili ola bilərBir 4 nəfər şəkili ola bilərBir 10 nəfər şəkili ola bilərBir 7 nəfər şəkili ola bilərBir 9 nəfər şəkili ola bilərBir 8 nəfər şəkili ola bilərBir 10 nəfər şəkili ola bilərBir 12 nəfər şəkili ola bilərBir 10 nəfər şəkili ola bilərBir 4 nəfər şəkili ola bilərBir 9 nəfər şəkili ola bilərBir 7 nəfər şəkili ola bilərBir 9 nəfər şəkili ola bilərBir 6 nəfər şəkili ola bilərBir 11 nəfər şəkili ola bilər
Əvvəlki məqaləPrezident Arzu Rəhimovu işdən çıxardı – Yeni təyinat
Növbəti məqalədəƏsgərimizə qarşı törədilən nifrət və işgəncə cinayətində Fransa kimi ölkələrin də payı var