244 nömrəli məktəbin bu sinfinin bütün məzunları tələbə oldu – BÖYÜK UĞUR

0
16521

Binəqədi rayonunda məktəbin bir sinfində oxuyan bütün şagirdlər 100 faizlik nəticə göstəriblər.

Bineqedi.com saytı xəbər verir ki, Binəqədi rayonu Əsəd Ələsgərov adına 244 saylı tam orta məktəbin 11a sinfinin bütün məzunları 100 faizlik nəticə göstərərək tələbə adını qazanıblar. 11a sinfinin sinif rəhbəri Sevinc Nəcəfovadır.
244 nömrəli tam orta məktəbin direktoru fəlsəfə doktoru Yəhya Abbasovdur. Əminliklə demək olar ki, Yəhya müəllimin rəhbərliyi altında 244 nömrəli məktəb təlim və təhsildə qazandığı uğurlara görə paytaxtda nümunəvi ümumtəhsil müəssisələrindən biridir.
Məktəb Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Əsəd Ələkbərovun adını daşıyır.
Yəhya Abbasovun rəhbərliyi altında 244 nömrəli tam orta məktəb indiyədək bir çox uğurlara imza atıb.

Ötən tədris ilində isə məktəbin 9 şagirdi ali məktəblərə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərmişdi.
Y. Abbasov Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, Azərbaycan Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
244 nömrəli məktəb dəfələrlə Binəqədi rayon məktəbləri arasında keçirilən spartakiadanın qalibi olub.
Məktəbdə şagirdlərə yüksək bilik verilməsi ilə yanaşı, onların müxtəlif sahələrə marağının artırılması, dünyagörüşlərinin yüksəldilməsi məqsədilə çoxsaylı tədbirlər təşkil edilir.
Belə ki, 244 nömrəli məktəbdə ədəbi-bədii, elmi tədbirlər, bilik və idman yarışları, müxtəlif sahələr üzrə tanınmış şəxslərlə görüşlər keçirilir.
Uğurlar məktəbin direktoru Yəhya Abbasovun və müəllimlərin gərgin əməyi sayəsində əldə olunur.
Elm və savadla yanaşı, şagirdlər həm də Vətənə, Xalqa, adət-ənənələrə sədaqət ruhunda tərbiyə edilir, vətənpərvər ruhda böyüdülür.
Sonda onu da qeyd edək ki, 24.06.2023-cü il tarixində Azərbaycan dili və Ədəbiyyat fənni üzrə keçirilən sertifikasiya imtahanında 244 nömrəli məktəbin müəllimləri Aynur Yaqubova, Gülnarə Məstəliyeva və Xaliqə Mirzəliyeva yüksək nəticə göstərərək uğura imza atıblar.
244 saylı orta məktəbin 4 d sinif (sinif rəhbəri Təravət müəllimə) şagirdi Quliyev Ömər isə AMO Beynəlxalq Olimpiadasında (American Mathematics Olympiad) iştirak edərək gümüş medal qazanıb.
Məktəbin 6ç sinif şagirdi Mikayıllı Mətin Tural oğlu (Riyaziyyat müəlliməsi Səfayə Mirzəliyeva) isə AMO olimpiadasında iştirak edib və bürünc medal qazanıb.
İnanırıq ki, 244 saylı məktəb bundan sonra da nümunəvi fəaliyyəti və böyük uğurları ilə bizləri sevindirəcək.

Bineqedi.com

Bineqedi 244 saylı orta məktəb

Bineqedi 244 saylı orta məktəb

Bineqedi 244 saylı orta məktəb

Bineqedi 244 saylı orta məktəb

Əvvəlki məqaləPrezident müddətli həqiqi hərbi xidmətə çağırılanlarla bağlı Fərman imzaladı
Növbəti məqalədəTəhsildə güzəşt eləmək vətənə xəyanət kimi bir şeydir